Ötən mövsüm «Turan Tovuz»da çıxış edən Natan Oduvanın «Araz-Naxçıvan»la müqavilə bağlamaqdan imtinasının gerçək səbəbi məlum olub.
İngiltərəli hücumçu «çekap»dan keçə bilməyib.
100 min dollarlıq birbaşa kontrakta imza atmaq üçün Azərbaycana gələn forvardın tibbi baxış zamanı ürəyində müəyyən problemlər aşkarlanıb.
Həkimlər onun daha dərin müayinəyə ehtiyac olmasını bildirsə də, Oduva bundan boyun qaçırıb. Ona qoyulan diaqnozdan şoka düşən «Tottenhem»in yetirməsi klinikadan brbaşa aeroporta yollanıb.
O, son ilyarımı Azərbaycanda keçirib. Tovuz təmsilçisindən öncə «Şamaxı»nın formasını geyinib.
Maraqlıdır ki, bu müddətdə Natanın sağlıq durumunda heç bir problem üzə çıxmayıb.
SPORTİNFO.AZ

