Səhhətində ciddi problem aşkarlandı, Premyer Liqa klubu ilə müqavilə bağlaya bilmədi

6 Avqust 2023 16:30 Problem 1 293
Səhhətində ciddi problem aşkarlandı, Premyer Liqa klubu ilə müqavilə bağlaya bilmədi

“Araz-Naxçıvan” son ilyarımı Azərbaycanda keçirən Natan Oduva ilə müqavilə bağlamayıb.

Başa çatan mövsümdə “Turan Tovuz”un formasında 32 matç keçirən, 6 qol və 6 assistlə yadda qalan ingiltərəli hücumçu birbaşa kontrakta imza atmaq üçün bura gəlsə də, son anda vəziyyət dəyişib.

Belə ki, “Tottenhem”in yetirməsi tibbi baxışdan uğurla keçə bilməyib. Onun səhhətində ciddi problem aşkarlanıb.

Daha öncə “Şamaxı”nın formasını geyinmiş forvard Bakıdan kor-peşman Londona dönüb.

Əgər sağlıq durumu qaydasında olsaydı, 1 il ərzində “Araz-Naxçıvan”dan 100 min dollar alacaqdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti