Bakı və İrəvana narahatedici mesaj: Sülhə tələsməyin! - VİDEO

5 Avqust 2023 16:30 Problem 739
Bakı və İrəvana narahatedici mesaj: Sülhə tələsməyin! - VİDEO

"Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına tələsməməlidir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək:

“Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir:

“Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti