Türkiyəni Konfrans Liqasında təmsil edən "Adana Dəmirspor"un Rumıniyada "ÇFR Kluj"la heç-heçə oynamasından (1:1) sonra ən çox diqqət olay qardaş ölkə klubunun prezidenti Murat Sancakın baş hakim Elçin Məsiyevlə bağlı səsləndirdiyi fikirlər oldu.
O, azərbaycanlı referidən narazılığını bildirib.
Türkiyə mətbuatına açıqlamasında Məsiyevin Rumıniya klubunun xeyrinə daha çox qərar verdiyini söyləyib:
"Avrokuboklarda matçlar çətin olacaq. Asan oyun yoxdur.
Hər görüş çətin alınır. Həmin gün kim şanslıdırsa qalib gələcək.
ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu.
Baş hakim isə evlərə şənlikdir. Bütün hüquqlarını onlardan yana istifadə edirdi. Belə bir şey ola bilməz".
Murat Sancak olayla bağlı Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərovla danışıb.
Müsahib söhbəti zamanı azərbaycanlı “fit sahibi”nin qərarlarından çox təəssüfləndiyini bildirib:
“Bu hakimlə bağlı ancaq bu ifadəni işlədə bilərəm: Qorxaqdır!
Düşünə bilmirəm ki, Türkiyəni təmsil edən bir komandanı necə “sındıra” bilərsən?
Düzdür, qol vurmaq üçün bir çox epizodlarımız oldu. Bu başqa müzakirə mövzusudur.
Ancaq eyni millət olduğumuz Azərbaycan hakiminin bizə qarşı qərəzinin səbəbini bilmədim.
Biz demirik ki, bizə qarşı tərəfkeşlik et. Qaydalar çərçivəsində idarə et, yetərlidir.
Qardaş ölkəmin hakimi mənə qarşı olacaqsa, başqalarından nə gözləyək?”.

