Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşü Laçın dəhlizinin açılması məsələsində nəticə verməyib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Təəssüf ki bu görüş dəhlizin açılması məsələsində heç bir konkret nəticə vermədi”, - o qeyd edib.
Üçtərəfli görüş iyulun 15-də keçirilmişdi.

