Səhhəti pisləşən dünya futbolunun əfsanəsi xəstəxanaya yerləşdirildi

15 İyul 2023 01:30 Problem 805
Səhhəti pisləşən dünya futbolunun əfsanəsi xəstəxanaya yerləşdirildi

Braziliya dünya çempionu, 1994-cü ilin FİFA-nın ilin ən yaxşı oyunçusu, hazırda isə Rio-de-Janeyronun qubernatoru olan Romario xəstəxanaya yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu haqda Romarionun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, keçmiş “Barselona” futbolçusu narahatlıq və ağrı şikayəti ilə Rio-de-Janeyrodakı “Barra d'Or” xəstəxanasına aparılıb və ona bağırsaq infeksiyası diaqnozu qoyulub.

57 yaşlı braziliyalının səhhətinin stabil olduğu bildirilir.

Romario 2021-ci ildə təcili öd kisəsindən əməliyyat olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi