Ermənistanın tələbi rədd edildi

14 İyul 2023 20:30 Problem 737
Ermənistanın tələbi rədd edildi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib.

Bu barədə “qafqazinfo”ya Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.

Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi