“Biz Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”

12 İyul 2023 08:10 Problem 865
“Biz Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”

“Biz Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə yazıb.

“Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib, nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb.

İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, - XİN başçısının müavini qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti