“Müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq” - Rəcəb Tayyib Ərdoğan

8 İyul 2023 18:30 Problem 876
“Müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq” - Rəcəb Tayyib Ərdoğan

“Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 gündür ki, mübarizə aparır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, münaqişə təhlükəsi yaranmağa başladığı andan müharibənin qarşısını almaq üçün əllərindən gələni ediblər:

“Bir çox sahələrdə göstərdiyimiz konkret yardımla da Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirdik.

Digər tərəfdən, biz beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi