Yeni ölümcül virusun yayılması uzaqda deyil - ŞOK AÇIQLAMA!

8 İyul 2023 12:50 Problem 711
Yeni ölümcül virusun yayılması uzaqda deyil - ŞOK AÇIQLAMA!

“May ayında COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin sona çatması haqda elan ondan daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil.

Daha ölümcül potensiala malik başqa bir patogenin təhlükəsi qalmaqdadır”.

Bu narahatedici açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı edib.

O, bəşəriyyətin “bu çətin dövrdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə çox şey borclu olduğunu” xatırladaraq, “pandemiya illərinin dərslərini öyrənməyə” çağırıb. Baş direktor həmçinin deyib ki, dünya yeni pandemiyalara hazırlaşmalıdır.

Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri yeni beynəlxalq saziş əsasında hazırlana bilər. Qebreyesus “dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək” bir razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2019-cu ildə Çinin Vuhan şəhərində yarasadan insana keçdiyi güman edilən COVİD-19 epidemiyası bütün dünyaya təsir etdi. Virus təxminən 7 milyon insanın həyatını məhv etdi və bir çox fəsadlara səbəb oldu.

Ardıcıl icra edilən vaksinasiya tədbirləri nəticəsində koronavirusa yoluxma 2023-cü ildə minimum saya düşdü. Bu baxımdan ÜST COVİD-19 virusundan pandemiya statusunu ləğv etdi. Bütün bunlara baxmayaraq, alimlər Çində iki yeni virus aşkar ediblər. Belə ki, CD35 və CD36 adlanan yeni viruslar 2021-ci ilin mart-aprel ayları arasında Çinin cənubundakı mağaralarda tutulan 112 yarasanın nümunələrində aşkar edilib. Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Yayılan xəbərə görə, yeni viruslar koronavirusun mutasiyaya uğramış növüdür və araşdırmaya görə, ən az onun qədər yoluxucu xarakterə malikdir. Alimlər bildirirlər ki, hələ ki bu virusların insana yoluxma qabiliyyəti sübut olunmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti