“Bizi Bakıya qaytarın, kompensasiya verin” – Ermənilərdən növbəti həyasızlıq

7 İyul 2023 20:30 Problem 1 043
“Bizi Bakıya qaytarın, kompensasiya verin” – Ermənilərdən növbəti həyasızlıq

Azərbaycandan-Naxçıvandan və Qarabağdan qaçqın və məcburi köçkün ermənilər dünya birliyinə çağırış ediblər.

Erməni nəşrlərinin məlumatına görə, bütün erməni qaçqınlar və məcburi köçkünlər dünya birliyindən “ləyaqətli və təhlükəsiz könüllü qayıtmaq” hüququnun həyata keçirilməsinə dəstək vermək, geri qayıtmalarını və onların təhlükəsizliyini təmin etmək mexanizmlərini işləyib hazırlamasını istəyirlər.

Ermənilər daha da irəli gedərək həyasızcasına “qaçqınların və onların övladlarının itirilmiş əmlaklarına görə kompensasiyaların ödənilməsi üçün Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək” lazımlığını vurğulayıblar.

Ermənilərin bu saxta müraciəti əlbəttə ki, Azərbaycan hökumətinin son aylar Qərbi Azərbaycan İcmasına yönəlik diqqəti ilə birbaşa bağlıdır. Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşmüşdü. Ötən həftə Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymayan Paşinyan iqtidarını qınayan bəyanat vermişdi. Qərbi Azərbaycan İcmasının az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya - Qayıdış Konsepsiyası mühüm yer tutur. Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Ermənilər neçə vaxt idi ki, QAİ ilə bağlı narahatlıqlarını bildirirdilər. İndi isə ermənilər daha da irəli gedərək geri qayıtmaqla bağlı qarşılıqlı iddia qaldırmağa təşəbbüs göstərir, bununla da QAİ-nin fəaliyyətinin genişləndirilməsinin qarşısını almağı hədəfləyirlər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti