“Moskva atəşkəsin pozulması və Laçın dəhlizinin “blokadası” hallarından çox narahatdır. Biz Bakı və İrəvanı bütün məsələləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətin yerdə necə inkişaf edəcəyinə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində cavab verəcəklər”, - o qeyd edib.

