“Sportinfo” problemi işıqlandırdı, İcra Hakimiyyəti nəzarətə götürdü və indi... - RAYONDAN FOTOREPORTAJ

4 İyul 2023 15:00 Problem 1 773
“Sportinfo” problemi işıqlandırdı, İcra Hakimiyyəti nəzarətə götürdü və indi... - RAYONDAN FOTOREPORTAJ

Şövkər Orduxanov adına Qusar şəhər stadionunda aparılan yenidənqurma işləri sürətləndirilib.

Sportinfo.az-ın əməkdaşı adıçəkilən məkana baş çəkib, arenada aparılan təmirin gedişatı ilə maraqlanıb.

Reportyorumuza məlumat verilib ki, məhz saytımızın ötən aylarda “Şpvkət Orduzanov”dan hazırladığı reportajlardan sonra yerli İcra Hakimiyyəti tikinti prosesini gündəlik nəzarətə götürüb.

Odur ki, podratçı şirkətə müvafiq tapşırıqlar verilib, inşaata əvvəlki aylarla müqayisədə daha çox işçi cəlb olunub.

Hazırda məkanda xeyli sayda texnika çalışır. 20-ya yaxın nəfərin yerl adığı briqada həftənin 5-6 günü burada fəaliyyət göstərir.

Artıq əsas trinunanın dəmir-betonlama işləri başa çatdırılıb. Üsbəüz tərəfdə isə VİP-lojanın tikintisi növbəti mərhələyə daxil olub.

Qazon? Hələ meydançaya əl vurmayıblar.

Sahə neçə il əvvəl necə yerlə bir edilmişdisə, elə də qalıb. Güman ki, 1-2 aya da qazona da sıra çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti