Gedin, işinizi görün,  kluba yeni sponsor tapacağıq, narahat olmayın!

2 İyul 2023 19:25 Problem 1 882
Gedin, işinizi görün,  kluba yeni sponsor tapacağıq, narahat olmayın!

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi “Araz Naxçıvan”ın nümayəndə heyətini qəbul edib.

Toplantıda komandanın Premyer Liqaya hazırlığı müzakirə olunub.

Bildirilib ki, Prezidentin bölgə üzrə səlahiyyətli nümayəndəsi klubun fəaliyyəti ilə yaxından maraqlanır və bütün problemlərdən xəbərdardır.

“Araz Naxçıvan”ın təmsilçilər əmin edilib ki, sponsor axtarışları bitmək üzrədir və işlər getdikcə yoluna düşəcək.

Vüqar Abbasov “ağ-qırmızlar”ın təsisçisi və prezidentidir. Yerli iş adamı artıq futbolla bütün bağlantılarını kəsib.

Naxçıvan Futbol Federasiyasının sədri postunu da tutan biznesmenın geri çəkilməsinin səbəbi bəllidir - qazancı əvvəlkitək çox deyil.

Vasif Talıbovun Ali Məclisin sədri olduğu illərdə holdinq qurmuşdu, indi isə ondan əsər-əlamət qalmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti