"Əgər bu təklifi qəbul etsəydik, müharibə olmazdı"

28 İyun 2023 07:40 Problem 1 482
"Əgər bu təklifi qəbul etsəydik, müharibə olmazdı"

"Əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, müharibənin qarşısını almaq olardı".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini öyrənmək üzrə komissiyanın iclasında deyib.

"Deyə bilərdik ki, biz Dağlıq Qarabağı Azərbaycandan kənarda görmək ideyasından imtina edirik.

Təbii ki, bu, bizim müharibədən qaça biləcəyimizə zəmanət verməzdi, lakin nəzəri cəhətdən buna imkan yaradardı", - Paşinyan əlavə edib.

Baş nazir onu da vurğulayıb ki, danışıqlar prosesində bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün bir neçə səbəb var.

Bunlar Laçın dəhlizindən istifadə, sərhədin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti