“Yeganə çıxış yolu müharibədir” - Erməni revanşist iranşünas deyir

27 İyun 2023 17:30 Problem 967
“Yeganə çıxış yolu müharibədir” - Erməni revanşist iranşünas deyir

İrəvan Dövlət Universitetinin (İDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan hazırkı situasiyada savaşın qaçılmaz olduğunu bildirib.

Bununla bağlı o, sosial şəbəkə hesabında status yazıb.

“Bir millət və dövlət olaraq bizim illüziyalarımızdan biri də Azərbaycanla müharibədən qaçmağın mümkün olması idi və bu hiss qismən də olsa qalır.

Təbii ki, bundan qaçmaq olar, ancaq bir halda - düşmənin mərhəmətinə ümid bəsləmək, əslində isə bütün millət olaraq edam kürsüsünə doğru getməkdir.

Ona görə də çıxış yolu birdir – bu da qaçılmaz müharibədə hər zaman hazır olmaqdan keçir. Bu kontekstdə müharibənin qarşısını almaq və ya dayandırmaq mümkün deyil”, - deyə Vardan Voskanyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi