AFFA “Araz Naxçıvan”a 10 gün vaxt verib.
I Divizionun çempionu üzərinə götürdüyü öhdəlikləri bu zaman kəsiyində yerinə yetirmıəlidir.
Problem ondadır ki, Muxtar Respublika təmsilçisi lisenziya mərhələsindən keçsə və federasiyanın İcraiyyə Komitəsi tərəfindən Premyer Liqada iştirakı təsdiqlənsə də, təşkilati işləri hələ də yoluna qoymayıb.
Nə klubun Müşahidə Şurası yaradılıb, nə komandanın fəaliyyət planı hazırlanıb, nə də şəhər stadionunda yeniudənqurma işləri aparılıb.
Hardasa 1 aydan çoxdur ki, bu məsələlərin icrasında gecikirlər.
Premyer Liqada növbəti sezona avqustda start veriləcək. “Araz Naxçıvan”ın əlində vur-tut 1 ay qalıb. Bölgənin dövlər qurumları klubla bağlı yaranmış vəziyyətə hələlik kənardan seyr edir.
Vüqar Abbasov? “Cahan Holdinq”in de-yure sahibi daha “Araz Naxçıvan”ı maliyyələşdirmək fikrində deyil.
O, Vasif Talıbovun zamanında təsisçilik hüququna yiyələndiyi “ağ-qırmızılar”la faktiki olaraq maraqlanmır.
Maydan bu yana nə iclas keçirib, nə də planlarını ortaya qoyur. Haralarasa gedir, haralardansa gəlir, fəqət, “Araz Naxçıvan”ın adı çəkilən yerlərdə onu “gördüm” deyən yoxdur.
Ali Məclsiin sabiq sədrinin xeyir-duası ilə klubu himayəsinə götürmüş iş adamı onun vəzifəsindən getməsindən sonra demək olar çox düşüb.
Deylənlərə inansaq, əksər biznes rıçaqlarını, gəlir sahələrini itirib. Əlində qalan vasaiti də məhz bu səbəbdən futbol yolunda xərcləmək istəməməsi iddia olunur.
SPORTİNFO.AZ

