“Azərbaycan təklifimizə müsbət cavab verib”

22 İyun 2023 08:20 Problem 695
“Azərbaycan təklifimizə müsbət cavab verib”

“Azərbaycan Ermənistan tərəfinin iki ölkə arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiyanın üzvləri arasında görüşün keçirilməsinə dair təklifinə müsbət cavab verib”.

Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, bununla belə, görüşün harada və nə zaman keçiriləcəyi ilə bağlı detallar hələ ki razılaşdırılmayıb: “Düşünürəm ki, görüş tezliklə baş tutacaq”.

O, görüş zamanı gündəmdə olan məsələlərin müzakirə ediləcəyini əlavə edib.

Ermənistanın Baş nazirinin müavinin ofisinin yaydığı məlumata görə, Mqer Qriqoryan iyunun 17-si Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı təklif ünvanlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi