“Prezident burnunuzdan gətirəcək bu oyunu” – Millinin heç-heçəsi onların gözündə

22 İyun 2023 17:00 Problem 1 357
“Prezident burnunuzdan gətirəcək bu oyunu” – Millinin heç-heçəsi onların gözündə

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunu da qələbəsiz başa vurdu.

Buna qədər Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə Estoniya ilə bacarmadı – 1:1.

Qarşılaşma heç-heçə başa çatsa da, estonlar qələbəyə daha yaxın idi. İlk hissədə ələ düşən qol fürsətlərindən yararlana bilsəydilər, yığmamız darmadağından qaça bilməyəcəkdi.

Qısası, budəfəki oyun da xoş gələcək vəd etmədi. Ölkənin bir nömrəli futbol komandası doğma meydanda, öz azarkeşlərinin gözləri önündə Estoniya seçməsini məğlub edə bilmədi.

Matç başa çatandan sonra azərbaycanlı futbol həvəskarları ürəyini sosial şəbəkə platformalarında müxtəlif şərhlərlə boşaldıb.

“Hər oyunda Masallıdan dur gəl Bakıya, əsəb ol qayıt. Estoniya yığması nədir axı, biz onlarla heç-heçə edirik. Millimiz bu komandaya 2-3 cavabsız qol vurmağa borclu idi. AÇ-2024-ün üstündən xətt çəkdik”.

“Mən sizə deyəndə ki, Estoniya..., dirəşmişdiz ki, Azərbaycan udacaq. Di, gedin dincəlin”.

“Oyun çox “gözəl” keçir. Baxdıqca “əsəb həzzi” keçirirsən. Ən yaxşısı da odur ki, oyun tək qapı gedir”.

“De Byazi daxil bütün AFFA istefa verməlidir. Ölkənin nüfuzunu yerə vurursunuz”.

“Biabırçılığın son həddi. Bu oyunda qalib gəlməsək, biabırçılıq yox, şərəfsizlik olacaq”.

“AFFA, rədd olun! De Byazini də özünüzlə götürün. Prezident burnunuzdan gətirəcək bu oyunu. Ermənilər Kardiffdə Uelsə 4 qol vurub qalib gəlir, bizim şaklabanlar Bakıda Estoniya ilə bacarmır. Futbol qənim olsun sizə”.

“Bu məşqçini rədd edib, yerinə Rəşad Sadıqovu, Elmar Baxşıyevi, ya da Ayxan Abbasovu gətirin”.

“Bir qəpiklik oyun oynamadı milli. Bu məşqçini rədd etmək lazımdır yığmadan”.

“Özlərinə fikir verməyən adamlardır. Nə fikir verin, nə də əsəblərinizi korlayın. Estoniyanı uda bilməyən komandadan nə gözləyirsiz?”

“Qrupda yeganə xalımızı aldıq və bununla da qurtardı. Tüpürsünlər abırsız üzünüzə. Əbləhlər!”

Azərbaycan millisi İsveç, Avstriya, Belçika və Estoniyanın yer aldığı qrupda 1 xalla sonuncu pillədə yer alıb.

Yığmamız növbəti oyununu sentyabrın 9-da Bakıda Belçika seçməsinə qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti