"Paşinyan hələ ötən il Qarabağ məsələsini özü üçün bağlayıb"

19 İyun 2023 08:10 Problem 470
"Paşinyan hələ ötən il Qarabağ məsələsini özü üçün bağlayıb"

“Paşinyanın ardıcıl olaraq üçüncü dəfə keçirdiyi mətbuat konfransı Qarabağın yox, Ermənistanın taleyinə həsr olunmuşdu”.

Bu fikir erməni ekspert Beniamin Matevosyana məxsusdur.

“Bu mətbuat konfransı Qarabağı Azərbaycanın tərkibində tanımaq üçün deyil, Ermənistanın de-yure KTMT-dən çıxa biləcəyini bəyan etmək üçün çağırılıb”, - deyə, erməni politoloq qeyd edib.

WhatsApp Image 2023-05-22 at 16.07.03.jpeg (40 KB)

Onun fikrincə, Paşinyan hələ ötən ilin oktyabrın 6-da Praqada dördtərəfli formatda (Əliyev - Paşinyan - Makron - Mişel) görüş zamanı Qarabağ məsələsini özü üçün bağlayıb.

Məhz o zaman qapalı qapılar arxasında bu gün kameralar qarşısında səsləndirdiyini həyata keçirib. Yəni artıq rəsmi surətdə Azərbaycanın Qarabağüzərində suverenliyini tanıyıb.

“Bundan başqa Ermənistan baş naziri “Rusiya qoşunlarının və 102 saylı hərbi bazanın çıxarılması üçün əlindən gələni edəcəyi” barədə Vaşinqtonda və Brüsseldə üzərinə götürdüyü öhdəlikləri mətbuat konfransında dilə gətirdi”, - deyə, Matevosyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti