"Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar gedir"

19 İyun 2023 12:30 Problem 674
"Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar gedir"

Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar gedir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan deyib ki, mətn ətrafında ən qısa zamanda razılığa gəlib, imzalamağa ümid edirik.

"Əgər Azərbaycan bu günlərin birində bizə sülh müqaviləsinin mətni ilə bağlı öz variantını versə, bir neçə gündən sonra görə bilərik ki, bu sənəd qarşılıqlı güzəştlər məntiqinə uyğundur, niyə də olmasın, müqavilə növbəti görüşlərdə imzalana bilər".

Paşinyan deyib ki, Vaşinqtondakı görüşdən əvvəl biz sülh müqaviləsinin mətninə düzəlişlərimizi Azərbaycana təqdim etmişdik:

"İndi Vaşinqtonda əldə edilmiş razılaşmaların müqavilədə əksini tapacağına və müqavilənin tezliklə imzalanacağına ümid edirik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi