Vəd verib, etməyiblər: "Çempionluğumuzun qiyməti 100-150 manatdır?"

16 İyun 2023 14:00 Problem 1 282
Vəd verib, etməyiblər:  "Çempionluğumuzun qiyməti 100-150 manatdır?"

«Araz Naxçıvan»ın futbolçuları AFFA rəhbərliyi ilə görüşmək arzusundadır.

Bu barədə Sportinfo.az-a komandanın bir neçə üzvü məlumat verib.

Bildiriblər ki, klub rəhbərliyi onlara vəd etdiyi sözü tutmayıb:

«Çempion olmuşuq, gətirib 5000 manat veriblər. 25-30 nəfərlik kollektivik, bu pulu öz aramızda necə bölək?

Belə gözləmirdik. Çempionat başlayanda bizə başqa vədlər vermişdilər.

Düzdür, maaşlarımızı həmişə vaxtında almışıq, ancaq pul məsələsində…

Bu qədər oyun udmuşuq, iki-üç dəfə gətirib mükafat veriblər. O da 100-150 manat.

Belə çıxır ki, çempionluğumuzun qiyməti 100-150 manatdır? Onda demişdilər ki, çempion olun, yaxşı mükafat alacaqsız?

Söz verdikləri bu deyildi axı. İstəyirik ki, AFFA-ya gedək, dərdimizi baş katibə deyək.

AFFA bəlkə də elə bilir ki, Naxçıvanda futbol üçün hər cür şərait var. Sərxan Hacıyevə gördüklərimizi demək istəyirik.

«Araz Naxçıvan»ın Premyer Liqada olmasını hamımız istəyirik. Amma bu rəhbərliklə nəsə etmək mümkün deyil.

Avqustda Premyer Liqa başlayacaq, biz hələ bilmirik ki, burada kim qalacaq, kim gedəcək.

Klubdan heç bir xəbər yoxdur. Yalnız onu deyirlər ki, gözləyin».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti