"Ermənistanın nəzarətində olan anklavların Azərbaycanın nəzarətinə keçməsi..."

12 İyun 2023 08:20 Problem 659
"Ermənistanın nəzarətində olan anklavların Azərbaycanın nəzarətinə keçməsi..."

"Ermənistanın nəzarətində olan anklavlar Azərbaycanın nəzarətinə keçməsi, Ermənistan anklavının geri qaytarılması mümkün görünmür".

Bu sözlər jurnalistlərlə söhbətində parlamentin hakim “Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannsyan tərəfindən səslənib. Ovannisyan Başkənd məsələsini də xatırladıb.

“Anklavlar məsələsi hələ müzakirə olunmayıb. Yəni, söhbət danışıqlar prosesindən gedir. Danışıqlar prosesində müxtəlif ssenarilər ola bilər”, - deyə Ovannisyan bildirib.

Erməni deputatın bildirdiyinə əsasən, anklavlar məsələsində söhbət, demək olar ki, eyni ərazilərdən gedir və burada həmin anklavların indiki mərhələdə onlara nəzarət edən dövlətin nəzarətində qalma ehtimalından danışmaq mümkündür. Onun sözlərinə görə, bu məsələyə baxılarkən anklavların sayı deyil, ərazisi əsas götürülür.

“Ancaq bizim nəzarətimizdə olan anklavların Azərbaycana keçməsi istisna edilir və bunun əksi də baş verməyəcək”, - deyə Ovannisyan vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi