Əhmədovun "Kəpəz"dən göndərilməsi - Hər birimiz problemli adamdan qaçırıq, deyilmi?

10 İyun 2023 23:40 Problem 1 631
Əhmədovun "Kəpəz"dən göndərilməsi - Hər birimiz problemli adamdan qaçırıq, deyilmi?

Vild-Donald Gerye "Qarabağ"da ən yaxşılardan idi.

Müdafiə olunmağına, başla oynamağına, solaxay zərbələrinə, asmalarına söz ola bilməzdi.

Amma intizamsız idi, əyləncəyə meyilliydi, pul hərisiydi. Yekunda "Qarabağ"dan göndərildi.

Təcrübədə bu qədər nümunə varkən, Tərlan Əhmədovun "Kəpəz"dən göndərilməsi niyə qəribə görünür?

Adam böyük futbolçu olub, məşqçi kimi də savadlı və bacarıqlıdır. Di gəl, xarakterindəki nöqsanlar bir yerdə duruş gətirməsinə mane olur.

Deyək ki, "Kəpəz" rəhbərliyi düz etmədi. Belədirsə, "Neftçi"ylə "Keşlə"ni avrokuboklara daşıdığı halda, niyə göndərilmişdi?

Xasiyyətinə "əl gəzdirməsə", belə də davam edəcək. Bu yaşdan sonra çətin dəyişə.

Hər birimiz problemli adamdan qaçırıq, deyilmi?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi