Brazilyalı futbolçu Azərbaycanda məhkəməyə verildi - Borcunu ödəmədiyi üçün

10 İyun 2023 01:00 Problem 1 500
Brazilyalı futbolçu Azərbaycanda məhkəməyə verildi - Borcunu ödəmədiyi üçün

"Keşlə”də (indiki "Şamaxı") oynamış braziliyalı futbolçu Rodriges Pereyra Junior Silvio məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi futbolçu barədə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.

İddiaya hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Junior Silvionun hazırda Azərbaycan dövlətinə 3376.04 AZN vergi borcu var.

Rodriges Pereyra Junior Silvio 2020-ci ildə Albaniyanın "Vllazniya" klubundan "Keşlə"yə keçib.

2020/21 mövsümündə Bakı klubunun heyətində 28 oyuna çıxan forvard 4 qol vurub. 2021-ci ildə ölkəmizi tərk edən 29 yaşlı braziliyalı hazırda İndoneziyanın "Persikabo” klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti