“İki-üç məqamla bağlı fikir ayrılıqları mövcuddur”

9 İyun 2023 15:30 Problem 669
“İki-üç məqamla bağlı fikir ayrılıqları mövcuddur”

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iyunun 2-si Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun iclasının yekunlarını şərh edib.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Onun sözlərinə görə, danışıqlar 9 saat davam edib. Overçuk qeyd edib ki, prinsipcə, mətn hazır olsa da, iki-üç məqamla bağlı fikir ayrılıqları mövcuddur:

“Yüklərin gömrük nəzarətinin necə həyata keçiriləcəyinə dair razılığa gəldik. Bu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd və dəmir yolu olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi