Koronavirusun yeni ştamı növbəti pandemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

3 İyun 2023 13:50 Problem 391
Koronavirusun yeni ştamı növbəti pandemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

Dünyada yeni pandemiya təhlükəsi qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus bunun planeti necə təhdid edə biləcəyindən danışıb.

Onun fikrincə, yeni bir pandemiya baş verərsə, bu virus COVID-19-dan daha təhlükəli olacaq.

KFU-nun Fundamental Tibb və Biologiya İnstitutunun Dəqiq və Regenerativ Tibb Elmi-Kliniki Mərkəzinin direktoru, Tatarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Albert Rizvanov karonavirusun daha təhlükəli ştamı barədə danışıb.

Onun sözlərinə görə, belə bir təhlükə hələ də davam edir: “Məsələ burasındadır ki, pandemiya statusunun ləğvi elan edildikdən sonra bir çox insanlar peyvənd etməyi dayandırdı, bu da yaxın gələcəkdə kollektiv immunitetin azalacağı anlamına gəlir”.

Həkim hesab edir ki, mövsümi virusa yoluxmalar vaxtaşırı baş verəcək. Amma istənilən virus mutasiya xüsusiyyətlərinə malikdir və gələcəkdə karonavirus daha da yoluxucu ola bilər. Yeni infeksiyalar görünə bilər.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, investisiya analitiki Aleksandr Razuvayev isə deyib ki, yeni pandemiya baş verəcəyi təqdirdə dünya iqtisadiyyatı tənəzzüllə üzləşəcək: “Bu da neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.

Vətəndaşların səhiyyə xərcləri artacaq, G7 ölkələri isə çətin ki, Rusiyaya qarşı sanksiyaları yüngülləşdirsinlər.

Beləliklə, güman etmək olar ki, bəşəriyyət tamamilə onlayn olacaq, kommersiya daşınmaz əmlakı sahibsiz qalacaq, bütün dünya üzrə Mərkəzi Bankların faiz dərəcələri azalacaq.

Dollar və avro yenidən güclü inflyasiya təzyiqi altında düşəcək”. Ekspertin fikrincə, ən yaxşı investisiya indi qızıldır, çünki ona tələbat artacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!