ABŞ-ni təmsil edən yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldən şikayətlənib.
Sportinfo.az xəbər verir ki, o bu barədə öz tviter hesabında paylaşım edib.
Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:
“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.
Yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.
Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.


