"Biz söz veririk ki..." - İranda qadınlar kişi yarışlarına gedə biləcək

26 Yanvar 2023 02:40 Problem 384
"Biz söz veririk ki..." - İranda qadınlar kişi yarışlarına gedə biləcək

Yaxın vaxtlarda iranlı qadınların kişi komandalarının iştirak etdiyi futbol yarışlarına baxması mümkün olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərza məlumat yayıb.

O, iranlı qadınların bu arzusunun həyata keçirilməsi üçün hər cür səy göstərəcəyinə söz verib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

"Biz söz veririk ki, Futbol Federasiyası ölkəmiz qadınlarının bu ədalətli arzusunun yaxın gələcəkdə həyata keçməsi üçün bütün səyləri göstərəcək", - İRNA Qənbərzadənin sözlərindən sitat gətirib.

İdman rəsmisi qadınların matçlara nə vaxt buraxılacağı ilə bağlı konkret tarix deməyib. Lakin belə icazənin FİFA və Asiya Futbol Konfederasiyasının tələbi olduğunu xatırladıb.

Qənbərzadə vurğulayıb ki, qadınların stadionda olması düzgün təşkil edilməli və bu proseslər futbol federasiyası ilə yanaşı, digər orqanlarla da razılaşdırılmalıdır.

Son aylar İranda aktiv şəkildə qadın hüquqları ilə bağlı aksiyalar keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!