Qripdən sonra keçmək bilməyən öskürəklə necə mübarizə aparaq?

26 Yanvar 2023 01:20 Problem 554
Qripdən sonra keçmək bilməyən öskürəklə necə mübarizə aparaq?

“Hazırda geniş yayılan xəstəlik “influenza”dır, yəni qrip.

Qrip ağır keçən xəstəlikdir. Hər il yoluxduğumuz xəstəliklər qrip deyil.

Bunların arasında rinovirus, adenovirus, paraqrip, koronavirusun əvvəlki növləri var. Bunlar mövsümi infeksiyalardır”.

Bunu musavat.com-a infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

merdan.jpg (118 KB)

O bildirib ki, sadalananlar kəskin respirator virus infeksiyalarıdır: “El arasında hamısına qrip deyilsə də, bunların arasında ən ağırı elə qripdir. Qızdırma, halsızlıq, uzunmüddətli öskürəklə müşayiət olunur. Öskürəyin səbəbi virusun bronxları zədələməsidir. Bu da kəskin bronxitlə nəticələnir, yəni sadə dillə desək, bronxlarda iltihablaşma olur. Xəstəlik sağaldıqdan sonra belə bronxlarda iltihabi proses qalır. Öskürək bronxlar tam bərpa olunana qədər davam edir”.

Mütəxəssis qeyd edib ki, öskürək udlaqla da əlaqəli ola bilər. Belə ki, kəskin respirator viruslardan sonra faringit (udlağın iltihabı) də qalır: “Öskürək narahatedici olsa da, ziyanlı deyil, əksinə, orqanizmin reaksiyasıdır. Öskürək bəlğəmi xaric edir. Buna görə də öskürəyin qarşısını hər vasitə ilə almaq düzgün deyil. Əgər qıcıqlanma ilə əlaqəli quru öskürəkdirsə, faringitlə əlaqəli ola bilər. Bunu qarqara, yaxud boğaz spreyi vasitəsilə aradan qaldırmaq olar. Əgər kəskin bronxitə bağlı bəlğəmli öskürəkdirsə, bəlğəmgətiricilərdən istifadə etmək lazımdır”.

Həkim bildirib ki, mədə problemi və s. ilə bağlı da öskürək qala bilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!