Azərbaycanda “Omicron”un yeni alt növünə yoluxan var?

24 Yanvar 2023 01:20 Problem 670
Azərbaycanda “Omicron”un yeni alt növünə yoluxan var?

Azərbaycanda “Omicron” ştamının yeni altnövü olan “Kraken”ə yoluxan yoxdur.

Bu barədə “qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə COVID-19 virusunun aşkarlanması, virusunun növünün müəyyən edilməsi, həmçinin “Omicron” variantının altnövünün aşkar edilməsi üçün test dəstləri və laboratoriya imkanları mövcuddur:

““Omicron”un yeni ştamı hələ ki, qeydə alınmayıb. Epidemioloji vəziyyət nəzarət altındadır”.

Bir neçə gün əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycana “COVID-19” virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test gətirildiyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi