"İrəvan və Bakı prinsipial məsələlərdə razılığa gələ bilmir"

23 İyun 2023 07:00 Problem 885
"İrəvan və Bakı prinsipial məsələlərdə razılığa gələ bilmir"

“Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, hazırda delimitasiya prosesinin hansı ilin xəritəsi ilə aparılacağı məsələsində heç bir razılıq yoxdur.

Kostanyan əlavə edib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir:

“Erməni tərəfi delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi mövzuları çərçivəsində mətnlərin müzakirəsi üçün görüşlərə həmişə hazırdır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi