"Olimpiakos"un daha bir futbolçusu sıradan çıxdı

1 Oktyabr 2022 03:10 Problem 496
"Olimpiakos"un daha bir futbolçusu sıradan çıxdı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un heyətində daha bir itki baş verib.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Usseynu Ba zədələnib.

26 yaşlı futbolçunun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək.

Yunanıstan klubunun digər müdafiəçisi Panayotis Retsos da zədələnib və o, Ağdam təmsilçisi ilə ilk matçı buraxacaq. Qapıçı Tomaş Vatslik isə zədə səbəbindən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər