Bu qoca Qarayevi bağrına basıb, təşəkkür etməlidir! - Buna görə

22 Sentyabr 2022 22:20 Problem 737
Bu qoca Qarayevi bağrına basıb, təşəkkür etməlidir! - Buna görə

Qara Qarayevin Azərbaycan millisinin Millətlər Liqasında Slovakiya və Qazaxıstan ilə oyunlar üçün dəvət alan alan 26 nəfərlik siyahıda yer almaması iki gündü ölkə mətbuatının gündəmindən düşmür.

Təbii ki, haqqlı olaraq futbol adamları, azarkeşlər böyük çoxluqla yarımmüdafiəçinin kənarda qalmasını haqqsızlıq sayırlar.

Onun elə Avropa Liqasının qrup mərhəlsindəki son “Nant” matçındakı performansı nəyə desən dəyər.

Amma bu əsnada baş məşqçi Canni De Byaziyə qərarına görə haqq verənlər də yox deyil.

Ki, bura milli komandadır və kimliyindən asılı olmayaraq intizamsızlıq edəni baş məşqçinin cəzalandırmaq haqqı var. İtaliyalı mütəxəssis də peşəkar davranaraq Qarayevin üzünə milli komandanın qapıların bağlayıb.

Hətta dünya ulduzlarının belə halla qarşılaşmasın misal çəkənlər də var.

Bəlkə, bir az yavaşlayaq?

Qara Qarayev hansı intizamsızlığı edib? Oynamaq həvəsindən, ruhundan irəli gələrək oynadılmamaq səbəbini soruşmaqmı intizamsızlıqdır? Ayıbdı vallah...

Qara onsuz da klubunda il ərzində sıx qrafikdə oynayır. Adlı-sanlı rəqiblərə qarşı meydana çıxır. Milli komanda da daimi meydanda olmaq əlavə onun üçün əlavə yüklənmədir. Nəzərə alaq ki, yaş da o yaş deyil. Və belədə zədələnmək riski də artır.

Belə durumda onun ehtiyatda qalmasından gözəl nə ola bilər? Daha çox istirahət etməsi üçün. Amma 29 yaşlı oyunçu bütün çətinliklərə rəğmən asan olanı seçmir.

Milli komandanın kapitanlarından və təcrübəli oyunçularından biri kimi, De Byaziyə yaxınlaşaraq ehtiyatda qalmasına izah istəyir.

Bu istəyin arxasında onun meydanda olmaq həvəsi, geyindiyi formanın dəyəri, ölkəsinin yığmasında daha çox tər axıtmaq eşqi durur.

Amma əcnəbi çalışdırıcı belə bir yetirməsini bağrına basıb, ortaq dil tapmaq əvəzinə ona qapını göstərir.

Niyə? Oyunun (bu məsələdə də mövqeyinin ən yaxşısıdır) qoyuram bir kənara, bu düşüncədə olan neçə milli üzvümüz var axı?

Məncə, bir əlin barmaq sayı qədər ola-olmaya. Olanlara da De Byazi kimilər qapını göstərir, psixoloji zərbə vurmuş olur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti