Bu "Kəpəz" Gəncədə oynasaydı… Qorxu AFFA-ya güc gəlir

7 Avqust 2022 18:00 Problem 1 078
Bu "Kəpəz" Gəncədə oynasaydı… Qorxu AFFA-ya güc gəlir

«Zirə» yarandığı tarixdən «Kəpəz» həmişə ona tərs rəqib olub.

Bu, I Divizionda da belə idi, Premyer Liqada da belədir.

«Kəpəz» yaxın qohumluq telləri ilə Gəncəyə bağlı Orxan Məmmədovun rəhbəri olduğu «Zirə»yə heç vaxt asanlıqla uduzmayıb. Və güman edirəm ki, tendensiya yaxın illərdə də dəyişməyəcək.

Əlbəttə, «Kəpəz» Premyer Liqada yaşamını sürdürərsə.

Hələlik bu komanda Gəncədən xeyli uzaqda – Bakının bir küncündə mənzillənib. Stadiondakı problemlər var, olub və yəqin ki, tezliklə də aradan qalxmayacaq.

«Kəpəz»in doğma şəhərdən didərgin düşməsi AFFA və Yaşar Vahabzadə ilə bağıldır.

Həm federasiya, həm də baş məşqçi yerli futbol ictimaiyyətindən qorxur, bilirlər ki, «Kəpəz» Gəncədə rəqiblərini qəbul eləsə, stadionda onların əleyhinə şüarlar səsləndiriləcək.

Nizami yurdunun üzünə həsrət qalmış komanda ona yad «Dalğa Arena»da «Zirə»yə o cür müqavimət göstərdisə, gör, Gəncədə, sevimli publikanın önündə nələr edərdi!

Əslində, pis heyət yığmayıb Vahahzadə. Maraqlı seçimlər edib.

Başına topladığı futbolçuların yarısı Premyer Liqanın digər 9 iştirakçısına lazım olmayanlardır, qalanları da sabah üçün perspektiv vəd eləyən gənclər və oradan-buradan tapılan legionerlər. Nəsə etmək mümkündür.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti