Komaya düşən tanınmış azərbaycanlı məşqçidən SON XƏBƏR

6 Avqust 2022 11:40 Problem 1 000
Komaya düşən tanınmış azərbaycanlı məşqçidən SON XƏBƏR

2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev növbəti dəfə tibbi müayinədən keçirilib.

Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin yaxınları məlumat verib.

Onların sözlərinə görə, virusa yoluxma nəticəsində beyin inslutu keçirən mütəxəssisin sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır.

Son müayinə pasiyentin hər iki beyin yarımkürəsində atrofiya prosesinin getməsini göstərib. Qanın tündləşməsi bir və yerə yığılması burada problemin əsasını təşkil edir.

O tədricən sovrulmalıdır ki, xəstə komadan ayılsın. Bunun nə vaxt verəcəyini isə həkimlər proqnozlaşdırmağa çətinlik çəkir.

Tibbi personal gözləməyi və müalicəni davam etdirməyi məsləhət görüb.

Digər Xəbərlər
Xəbər Lenti