Mahirə axmaq məsləhət verirlər: “O, yaxşı hərəkət etmir”

17 Yanvar 2022 20:20 Problem 750
Mahirə axmaq məsləhət verirlər: “O, yaxşı hərəkət etmir”

"Məncə, bu, mütləq Emrelinin günahı deyil, yəqin ki, onun məsləhətçilərinindir".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın idman direktoru Yatsek Zelinski Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin toplanışa qoşulmaması barədə "TVP Sport"a açıqlamasında deyib.

Zelinski 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğunu xatırladıb:

"Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə etmək axmaqcasına hərəkət cəhdidir.

O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil.

Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir. Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır.

Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti