"Qarabağ"lı hamımız üçün acı olan HƏQİQƏTİ DİLƏ GƏTİRDİ- "Buna ehtiyac duymadım"

12 Yanvar 2022 20:40 Problem 1 247
"Qarabağ"lı hamımız üçün acı olan HƏQİQƏTİ DİLƏ GƏTİRDİ- "Buna ehtiyac duymadım"

Arxada qalan illər ərzində ölkəmizə gəlib-getmiş çox sayda əcnəbi futbolçular olub və hələ də karyerasını burada davam etdirənlər var.

Amma arasında barmaq sayı qədər göstərəcəyimiz ad yoxdur ki, dilimizdə danışa bilsin.

Klublarımızda çıxış edənlər bir kənara, milli komanda üçün milliləşdirdiyimiz onlarla əcnəbi arasında da belələri yox kimidir.

Amma çox uzağa getməyək, elə qonşu Türkiyədə çıxış edən legionerlərin əksəriyyəti qısa müddətdə türk dilində danışmağa başlayırlar.

Götürək mövsümün əvvəli "Neftçi"yə transfer edilən Tiaqo Bezerranı. Adam klubun kanalına əməlli-başlı türk dilində müsahibə vermişdi. Onun Türkiyə karyerası sonuncu dəfə 4 il əvvələ təsadüf edir. Amma dilini elə mənimsəyib ki, hətta müsahibə belə verə bilir.

Bizdə niyə bu praktika yoxdur? Kimdir günahkar? Bura gələn əcnəbilərmi? Əsla yox!

Əgər elə olsaydı Tiaqo türk dilini də öyrənməzdi. Deməli, tək günahkar bizlərik. Futbolçularla maksimum əcnəbi dildə danışan klub rəhbərləri, məşqçilər, yerli futbolçular, azarkeşlər və elə mətbuatın özü. Hətta əksər vaxt öz aramızda belə əcnəbi dildə danışırıq. Dilimizə belə laqeyd münasibəti iş əsnasında da görürük, asudə vaxtlarda da.

"Qarabağ"ın və Azərbaycan milli komandasının xorvatiyalı üzvü Filip Ozobiçin dünən mətbuata verdiyi açıqlaması fikirlərimin növbəti əyani sübutudir. Həm də hamımızı üçün acı olan həqiqətdir.

SİTAT:

"Azarkeşlərimiz bəslədiyi mahnını Azərbaycan dilində oxuduqları üçün başa düşmürəm (gülür). Mən o dili yaxşı bilmirəm. Yalnız "sol", "sağ", "daha yavaş" və "daha sürətli" ifadələrini bilirəm.
Səbəb odur ki, hamı rus dilində danışır, buna görə öyrənməyə ehtiyac duymadım".

Məncə, Ozobiçin açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!