Premyer Liqa klubları bu xəbərdən UTANSINLAR

8 Yanvar 2022 23:20 Problem 2 817
Premyer Liqa klubları bu xəbərdən UTANSINLAR

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir. Artıq bir neçə gündür "Zirə" təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Daha 5 klubun qonşu ölkədə hazırlıq keçəcəyi dəqiqdir. Amma "Keşlə" və "Səbail" mövsümün ikinci yarısı üçün Bakıda hazırlaşacaq.

Premyer Liqanı təmsil edən bu iki klubdan fərqli olaraq ötən yay yaradılan və Region Liqasında mübarizə aparan Cəbrayıl komandası təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyi düşünür.

Klubun Prezidenti və baş məşqçisi Cavid Hüseynov klubun böyüməsi yolunda bu addımı zəruri sayır. Düzgün yanaşmadır. Böyümək, peşəkar klub olmaq yolunda lazımlı addımdır.

Təbii ki, əsas maneə maliyyədir. Hüseynov da məhz bu problemin həllinə çalışır.

İstənilən halda toplanışa getməyin alınıb-alınmamasından asılı olmayaraq klubun bu haqqda düşünməsi də alqışalayiqdir.

Özünü peşəkar sayan "Keşlə" və "Səbail" kimi komandalar isə həvəskar statuslu "Cəbrayıla" baxıb utansın. Ki, adlarını peşəkar qoyub, amma həvəskar statuslu komanda qədər də deyillər.

Xatırladaq ki, "Cəbrayıl" Region Liqasının Paytaxt və Şimal regionununda mübarizə aparır. Komanda hazırda turnir cədvəlində 10 xalla 2-ci yerdə qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var