“Cənab, əlinizə bel alıb, gedin, bu kluba məzar qazmağa” - REAKSİYA

22 Noyabr 2021 21:00 Problem 968
“Cənab, əlinizə bel alıb, gedin, bu kluba məzar qazmağa” - REAKSİYA

“İnter”in keçmiş prezidenti Georgi Nikolovun Sportinfo-az-a müsahibəsi rezonans doğurmaya bilməzdi.

Bolqar funksionerin “İnter”lə “Simurq” arasındakı “qardaşlığ”ı uzun illərdən sonra etiraf edib, bölgə təmsilçisinin “İnter”in rəqiblərini sıradan çıxarmaq üçün mübarizə apardığını etiraf etməsi səmada şimşək effekti verdi.

Bunun üstünə iki komanda arasında danışılmış oyunlar və bu danışıqlarda rəhmətlik baş məşqçilər – Valentin Xodukinlə Roman Pokoranın iştirakı ilə etiraf faktını gələndə, ümumi mənzərəni təsəvvür etmək çətin deyil.

Nikolovun dediklərindən qəzəblənən həmkarımız Kənan Məstəliyev məsələyə toxunmağı vacib bilib, bu haqda yazı hazırlamışdı ki, “Sportinfo”da dərc etmişdik.

Məstəliyevin yazısını oxuyan bolqar funksioner şəxsən əlaqə saxlayıb, Kənana hazırladığı cavab yazısının saytımızda dərc olunmasını xahiş edəndə, etiraz etmədik.

Bu da Georgi Nikolovun Kənan Məstəliyevin “İnter”in titulları əlindən alınmalıdır” sözlərinə “Hədindən artıq müqəddəs Allaha xoş gəlmir” başlıqlı yazısıyla cavabı:

“İstənilən halda heç nəyi anlamayan Kənan Məstəliyev “İnter”in cəzalandırılması ilə bağlı göstəriş verib.

“Müharibəyə gedəndə kiminlə döyüşəcəyini yaxşı bilməlisən” – Sun Dze.

Məstəliyev çempionluq titullarının “İnter”in əlindən alınmasını istəyirsə, qoy, onların necə əldə olunduğuna nəzər yetirsin: Heç kimin əlindən almadan, heç kimin köməkliyi olmadan.

2007/08 – Birinci çempionluq. Sonuncu tur. “Olimpik” turnir cədvəlində bizi 3 xal qabaqlayır (58/55). “Qarabağ”la sonuncu oyunda onlara heç-heçə də sərf edir. Zaur Həşimovun 81-ci dəqiqədə vurduğu qolla “Olimpik” uduzur... “İnter” – “Qəbələ” – 4:0.

2009/10 – İkinci çempionluq. Sonuncu tur. “Qarabağ”la “Xəzər Lənkəran”ın çempionluq üçün yüzfaizlik şansı var.

“Neftçi” (gənclərlə !?) – “Qarabağ” 0:0
“Xəzər Lənkəran” – “Bakı” 0:1
“İnter” – “Qəbələ” 4:1

Bu siyahıda hardasa “Simurq”un adını gördüz? Mən görmədim.

Bir sualım da var. Əslində, çempionluq titullarını kimin əlindən alacaqlar?

“Keşlə”nin, “Şamaxı”nın? Yoxsa “İnter”in?

Yaxşı, cənab Məstəliyev, əlinizə bel alıb, gedin “İnter”ə məzar qazmağa.

Hə, bir də, 2011-ci ildəki “Birlik Kuboku”nu da “İnter”in əlindən almağı unutmayın!”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti