“PSJ Mbappe üçün oynayır, Messi sanki komandadan soyuyub”

26 Oktyabr 2021 22:00 Problem 667
“PSJ Mbappe üçün oynayır, Messi sanki komandadan soyuyub”

Fransalı keçmiş hücumçu Tyerri Anri PSJ-nin futboçusu Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan Anri Messinin Paris klubunda işinin çətin olduğunu söyləyib:

“Messi sanki komandadan soyuyub və topa çox toxunmur. Üzgün olduğunu deyə bilmərəm, amma sanki komandadan kənarda qalır.

Messini mərkəzdə oynatmaq lazımdır. Onun cinahda effektli olacağını düşünmürəm. Messi, Kilian Mbappe və Neymarın birlikdə oynaması üçün bir sistem tapmaq lazımdır.

PSJ Messi üçün deyil, böyük ulduzu Mbappe üçün oynayır. Hazırda komanda Mbappeyə aiddir. PSJ-ni irəli aparan odur”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!