Sumqayıtda gərginlik - FOTO

17 Oktyabr 2021 18:00 Problem 2 662
Sumqayıtda gərginlik - FOTO

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Neftçi"ni qəbul edir.

Sportinfo.az-ın matça ezam olunmuş əməkdaşı məlumat verir ki, hazırda davam edən "Sumqayıt" - "Neftçi" oyununda tribunalarda təxminən 1000 nəfərə yaxın azarkeş var. Pandemiya səbəbindən futbol stadionlarının 50%-ə qədər tutumunda azarkeş icazəsi verilir. Bu səbəbdən polislər bütün fanatların arenaya buraxılmasına mane olub.

Təxminən 500-ə yaxın azarkeş arenan giriş qapısında qalıb. Polislər onların arenaya buraxılmasına icazə vermir. Bəzən arada kiçik insidentlər də yaşanır. Ancaq bütün narazılıqlara rəğmən qapılar azarkeşlərin üzünə açılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi