Mahir müəmması davam edir - AFFA-nın susmasının arxasında nə gizlənir?

12 Oktyabr 2021 19:00 Problem 1 040
Mahir müəmması davam edir - AFFA-nın susmasının arxasında nə gizlənir?

Üç gün əvvəl İrlandiya ilə Bakıdakı görüşü 90 dəqiqə meydanda olan, bu gün Belqradda Serbiya ilə baş tutacaq oyunun hazırlığı çərçivəsində dünən keçirilən axşam məşqində iştirak edən Mahir Emreli ilə bağlı dünən gecə şok xəbər yayıldı.

AFFA-nın rəsmi saytı vasitəsi 24 yaşlı hücumçunun COVİD-19 testinin pozitiv çıxdığı və bugünkü matçda olmayacağı açıqlandı.

Bu gün günorta saatlarında Emrelinin məxsus olduğu Polşa "Legiya"sı tam əks məlumat paylaşdı.

Daha dəqiqi klubun mətbuat xidmətinin rəhbəri İzabela Kruq öz "tvitter" hesabından "Mahirin ikinci koronavirus testinin nəticəsinin neqativ çıxıb.

Oyunçuya peyvənd vurulub. Onda koronavirus simptomları yoxdur. Biz stiuasiya ilə bağlı əlavə məlumat verəcəyik" paylaşımını etdi.

Bu paylaşımdan təxminən 1 saat sonra Mahirin anası Elnurə Emreli mətbuata açıqlamasında oğlunun üçüncü dəfə test verəcəyini bildirdi.

"Legiya" rəsmisinin paylaşımından 5, anasının açıqlamasından 4 saat keçib, Serbiya ilə oyuna isə 4 saatdan az vaxt qalır, amma AFFA hələ də məsələ ilə bağlı susmağı üstün tutur.

Görəsən, əsl həqiqət necədir? Mahir Emreli həqiqətən virusa yoluxmayıbsa, belə yalan nəyə, kimə lazım idi? Çox çəkməz bütün pərdələr çəkilər və Mahir Emreli müəmmasının həqiqəti üzə çıxar. Prosesləri izləməyə davam edirik...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!