Mahir millinin digər futbolçularını da koronavirusa yoluxdurub?

12 Oktyabr 2021 09:20 Problem 1 245
Mahir millinin digər futbolçularını da koronavirusa yoluxdurub?

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyanın qonağı olacaq.

A qrupunda yer alan komandamız Belqrad şəhərində meydana ciddi itki ilə çıxacaq.

Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, hücumçu bu oyunda iştirak edə bilməyəcək. O, artıq karantinə alınııb.

Bu gün komanda üzvlərindən daha bir test götürülməsi gözlənilir. Çünki Emreli “Rayko Mitiç” stadionunda keçirilən son məşqdə iştirak edib.

Ondan və digər futbolçulardan test bu hazırlıq prosesindən əvvəl götürülüb və məşq saatınadək nəticələri açıqlanmayıb.

Yalnıız gecə saatlarında bilinib ki, yığmamızın forvardı koronavirusa yoluxub. Odur ki, başqa oyunçuların da xəstəliyə tutulması inandırıcıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...