“Utandım, evdən çıxdım və ağladım - Sevdiklərimi futbola görə itirməliydim?”

11 Oktyabr 2021 16:40 Problem 695
“Utandım, evdən çıxdım və ağladım - Sevdiklərimi futbola görə itirməliydim?”

Uels yığmasının sabiq hücumçusu Kreyq Bellami “Anderlext”dəki işindən ayrılmasının səbəblərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Bellami “Anderlext”in gənclər komandasını çalışdırırdı.

O, bu addımı ailəsinə görə atdığını deyib: “Avqustda evə gəldim. Qızımın ilk ad günü idi. Biz şənlik təşkil etmişdik.

Amma qızım məni tanımırdı. Onu qucağıma almaq istəsəm də, etiraz edirdi, ağlayırdı.

Başqa cür də ola bilməzdi. Bir il ərzində məni cəmisi 8-9 dəfə görmüşdü. Onda da yanında bir gündən artıq olmamışdım. Mən, sadəcə, onun həyatında yox idim.

Ona yaxınlaşırdım, o isə üz çevirirdi. Amma eyni zamanda qohumlara reaksiya göstərirdi. Utanırdım. Evdən çıxdım və ağlamağa başladım.

Mən nə etməli idim, sevdiklərimi futbola görə itirməliydim?”

Bellami bu ilin sentyabrında “Anderlext”i tərk edib. Klub ona 3 illik müqavilə təklif etsə də, uelsli vətənə qayıtmağa üstünlük verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti