“Ona görə oynadıq ki, UEFA da çox pul qazansın”

11 Oktyabr 2021 21:40 Problem 785
“Ona görə oynadıq ki, UEFA da çox pul qazansın”

Belçika yığmasının qapıçısı Tibo Kurtua Millətlər Liqasında 3-yür uğrunda keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Kurtua bu qarşılaşmanın heç bir əhəmiyyətinin olmadığını deyib.

O, UEFA-nı da ittiham edib: “Gəlin düz danışaq, bu oyun yalnız pul naminə keçirildi. Biz ona görə oynadıq ki, UEFA daha çox pul qazansın.

Baxın görün hər iki komanda heyəti necə dəyişdi. Final oyunu olsaydı, meydanda tam başqa heyət olardı. Bu da onu göstərir ki, biz xeyli əhəmiyyətsiz oyunlar keçiririk”.

3-cü yer uğurunda oyunda İtaliya Belçikaya qalib gəlib 2:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...