Yeni nazir: "Müəyyən çətinliklər var, vaxtımız azdır"

10 Oktyabr 2021 17:20 Problem 780
Yeni nazir: "Müəyyən çətinliklər var, vaxtımız azdır"

"Cənab Prezident düzgün buyurdu ki, Tokio olimpiadasında əsasən təcrübəli idmançılar medal qazandı.

O, müharibə vaxtı da bildirmişdi ki, nəyi nə zaman edəcəyini yaxşı bilir.

İdmanda da belədir. Artıq ölkə başçısının verdiyi tapşırıqlar üzərində işlərə başlamışıq".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir bildirib ki, artıq federasiyaların işi ilə maraqlanmağa başlayıblar:

"Müəyyən çətinliklər var. Bütün dünyada idman inkişaf edir. Yeniliklərdən geri qalmamalı, onlardan istifadə etməliyik. Yeni olimpiya dövrünə qədəm qoymuşuq.

Vaxtımız azdır. Amma digər tərəfdən tələsmək də olmaz. İşləri düzgün planlaşdırmalıyıq. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...