“Monako”lu millimizlə oyunda meydana çıxmayacaq

9 Oktyabr 2021 23:50 Problem 1 197
“Monako”lu millimizlə oyunda meydana çıxmayacaq

Serbiya DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.

Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Matçın 22-ci dəqiqəsində cəzalandırılan “Monako”nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb.

Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.

Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...