Sabiq “Qarabağ”lı dindirildi, yekun qərar...

8 Oktyabr 2021 22:40 Problem 1 196
Sabiq “Qarabağ”lı dindirildi, yekun qərar...

Bu gün İdman Arbitraj Məhkəməsində Nurlan İbrahimovun (CAS) UEFA-ya qarşı şikayət ərizəsi əsasında məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu dəfəki prosesdə hər iki tərəfin vəkilləri çıxış etdikdən sonra səbəbkar Nurlan İbrahimova da danışmaq imkanı yaradılıb.

Təqsirləndirilən şəxs fürsətdən istifadə edərək fikirlərini dilə gətirib.
Müzakirələrə və əsaslı dəlillərə baxmayaraq, “Qarabağ”ın sabiq mətbuat katibinin bağışlanması ilə bağlı apellyasiya şikayətində son qərar verilməyib. Daha doğrusu, hakim heyəti çıxış edərək müşavirəyə yollanıb. Yekun qərar noyabrın 25-dən açıqlanacaq.

Nurlan İbrahimov ötən il Vətən Müharibəsi zamanı şəxsi “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşıma görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” isə, 100 min avro məbləğində cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?