"Elxan Məmmədovu Gəncəyə dəvət edirəm" - NARAZILIQ

8 Oktyabr 2021 23:20 Problem 1 326
"Elxan Məmmədovu Gəncəyə dəvət edirəm" - NARAZILIQ

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bölgələrimizi ziyarət etməsi Gəncəli azarkeşləri narazı salıb.

Bunu Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayan Məmmədov Vuqar adlı oxucumuz dilə gətirib. Səbəbləri Vuqarın dilindən eşidək:

"Elxan Məmmədovu Gəncəyə dəvət edirəm. Bura niyə gəlmir? Şəkidə, Oğuzda nə vaxt futbol olub? Arxivi araşdırsınlar Şəkidən bir futbolçu çıxmayıb. Elxan Məmmədov futbolumuzun "beşiyi" olan Gəncəni qoyub, gedib çıxdığı bölgələrə baxın. Gəncə futbolu yox səviyyəsindədir. Qoyduqları adamlar da "Kəpəz"i dağıtdı getdi. Nə vaxta kimi belə olacaq?

Futbol veteranları da ona qoşulub. Tovuzdan başlayıb Siyəzənə kimi rayonları ziyarət edirlər. Bəs Gəncə futbolu? Gəncə futbolu ilə maraqlanmaq lazımdır. Futbol hər zaman burda olub. Bunu bütün Azərbaycan bilir. Amma bizim şəhərlə sanki düşmənçilik aparılır. Buradan saysız-hesabsız futbolçular çıxıb.

Mingəçevirdə yaxşı baza vardı. Klublar ora təlim-məşqə gedərdi. İndi Mingəçevir də yada düşmür. Ordan Zaur Qarayev, Ramiz Məmmədov, Mehman Alışanov kimi adlar çıxıb. Amma indi hamısı futboldan kənarda qalıb. Ancaq gənclər işləyir. Yaşlı nəsilə də yol vermək, öyrənmək lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti